Dembele "Barselona" - PSJ matçının ən yaxşısı seçilib
17.04.2024 - 09:13
Dembele "Barselona" - PSJ matçının ən yaxşısı seçilib

PSJ-nin vingeri Osman Dembele "Barselona"ya qarşı oyununa görə mükafatlandırılıb. 

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu 40-cı dəqiqədə keçmiş komandasının məğlubiyyətinin başlanğıcını qoyan 1 qolla yanaşı, həm də driblinqlə rəqiblərini 4 dəfə üstələyib. Bu, matçda ən yaxşı göstəricidi. 

Görüş 4:1 (ümumi 6:4) qonaqların qələbəsi ilə başa çatıb. 

Final fitindən sonra UEFA-dan matçın ən yaxşı oyunçusu mükafatını alan Dembele olub.

0