Diniyev asist etdi, komandası qələbə qazandı - VİDEO
28.10.2024 - 10:18
Diniyev asist etdi, komandası qələbə qazandı - VİDEO

Futbol üzrə Türkiyə Birinci Liqasının 10-cu turunun bir sıra oyunları baş tutub. 

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” öz meydanında “Sakaryaspor”u qəbul edib. 

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxmış Diniyev 51-ci dəqiqədə komandasının üçüncü qolunun ötürməsini verib. O, 84-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Bandırmaspor” 18 xalla 4-cü pillədə qərarlaşıb.

0