PSJ ilə UEFA Çempionlar Liqasının qalibi olan Canluici Donnarumma FIFA tərəfindən mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, italiyalı qolkiper FIFA-nın “The Best” mükafatlandırma mərasimində 2025-ci ilin ən yaxşı qapıçısı adına layiq görülüb.
Qeyd edək ki, Donnarumma daha əvvəl “Qızıl top” mərasimində də Yaşin Kubokunun qalibi olub. Ötən mövsüm PSJ-nin heyətində Çempionlar Liqasını başı üzərinə qaldıran təcrübəli qapıçı həm klub səviyyəsində, həm də fərdi çıxışı ilə diqqət mərkəzində olub.
Qeyd edək ki, “The Best” mükafatı dünya futbolunda mövsümün ən yaxşı oyunçularını müəyyənləşdirən ən nüfuzlu fərdi mükafatlardan biri hesab olunur.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir