"Şalke 04" klubu Edin Dzeko ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 40 yaşlı bosniyalı hücumçu 2027-ci ilin iyun ayınadək nəzərdə tutulan yeni birillik müqaviləyə razılıq verib.
Dzekonun A Seriyası, MLS və Almaniyanın digər klublarından təkliflər almasına baxmayaraq, Bundesliqaya yenicə yüksələn "Şalke 04"də qalmağa üstünlük verdiyi vurğulanıb.
Qeyd edək ki, Edin Dzeko keçən yay "Fənərbaxça"dan ayrıldıqdan sonra azad agent kimi "Şalke"yə keçmişdi.
Gelsenkirxen təmsilçisi bu mövsümdən etibarən yenidən Bundesliqada çıxış edəcək.
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı