"Əl-Əhli" futbolçusu Merih Demiralın müqaviləsini uzatmaq istəyir
15.10.2025 - 21:54
"Əl-Əhli" futbolçusu Merih Demiralın müqaviləsini uzatmaq istəyir

Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası futbolçusu Merih Demiralın müqaviləsini uzatmaq istəyir.

Apasport.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb. 

Mənbənin sözlərinə görə, klub Türkiyə millisinin üzvü ilə müqavilə yeniləməyi prioritet hesab edir. 

"Əl-Əhli"nin yaxın vaxtlarda futbolçu ilə yeni müqavilə bağlayacağı gözlənilir.