"Əl İttihad" PSJ-nin yarımmüdafiəçisini transfer etməyə yaxındır
02.09.2024 - 15:57
"Əl İttihad" PSJ-nin yarımmüdafiəçisini transfer etməyə yaxındır

“Əl-İttihad” Fransa PSJ-sinin yarımmüdafiəçisini heyətinə qata bilər.

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.

Səudiyyə Ərəbistanı komandası Danilo Pereyranın transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.

Xatırladaq ki, portuqaliyalı parislilərin hazırkı çalışdırıcısı Luis Enrikenin planlarında yer almayıb. Bu səbəbdən rəhbərlik Səudiyyə Ərəbistanında "transfer pəncərəsi" açıq olduğu bir vaxtda futbolçusunu satmaq istəyir. 

0