“El Klasiko”nun vaxtı bəlli oldu
24.09.2025 - 19:46
İspaniya La Liqasının X turunda “Real” və “Barselona” arasında keçiriləcək ilk matçın vaxtı açıqlanıb.
Apasport.az xəbər verir ki, mövsümün ilk “El Klasiko”su 26 oktyabr tarixində baş tutacaq.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
“Santyaqo Bernabeu” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
Qeyd edək ki, hazırda La Liqada 6 tur geridə qalıb. “Real” 18 xalla turnir cədvəlinə başçılıq edir. “Barselona” isə 5 oyunda 13 xal toplayıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0