Erik ten Haq Niderland klubuna rəhbərlik edəcək - RƏSMİ
07.01.2026 - 00:19
"Mançester Yunayted" və "Ayaks"ın sabiq baş məşqçisi Erik ten Haqın yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, niderlandlı mütəxəssis "Tvente"yə rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
55 yaşlı baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Erik ten Haq son olaraq "Bayer"ə rəhbərlik edib.
0
0