“Barselona” ilə bu gün keçiriləcək oyun ərəfəsində “Espanyol”un ultras azarkeşləri etiraz aksiyası planlaşdırır.
Apasport.az xəbər verir ki, azarkeşlər sabiq qapıçı Joan Qarsiyanın prinsipial rəqib “Barselona”ya keçidinə etiraz əlaməti olaraq meydana siçan kuklaları atmaq niyyətindədirlər.
Bu aksiya fanatlar tərəfindən xəyanətkar hesab edilən Qarsiyaya qarşı etirazın simvolu olacaq.
Bildirilir ki, ultras qruplaşmaları artıq təxminən bir aydır bu təxribat üçün siçan maketlərini (kuklalarını) haradan əldə edə biləcəklərini axtarırlar. Stadion administrasiyası və təhlükəsizlik xidmətləri oyun zamanı mümkün insidentlərin qarşısını almaq üçün gücləndirilmiş rejimdə işləməyə hazırlaşır.
“Espanyol” azarkeşləri sabiq qapıçılarının “Barselona” forması ilə meydana çıxması ilə barışa bilmirlər.
Qeyd edək ki, Joan Qarsiya 2025-ci ilin iyun ayında “Espanyol”dan “Barselona”ya transfer olunub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"