Falkaonun qol vurduğu toplar satışa çıxarılıb
13.08.2025 - 12:10
Falkaonun qol vurduğu toplar satışa çıxarılıb

“Qalatasaray” və Kolumbiya millisinin sabiq forvardı Radamel Falkaonun son klubu “Millonarios”da vurduğu son 4 qolun topları satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.

39 yaşlı hücumçunun ikisi “Santa Fe”yə, biri “Nasional”a, digəri isə “Onse Kaldas”a vurduğu qolların topları hərraca çıxarılıb.

Topların qiymətləri isə belədir:

"Santa Fe" (0-1): 25 min dollar

"Onse Kaldas" (2-2): 20 min dollar

"Santa Fe" (1-2): 50 min dollar