Fatih Terimin komandası son 18 matçda ilk dəfə AEK-ə qalib gəlib
05.04.2024 - 09:13
Fatih Terimin komandası son 18 matçda ilk dəfə AEK-ə qalib gəlib

Yunanıstan Superliqasının 29-cu turunda mühüm qarşılaşma baş tutub.

Apasport.az xəbər verir ki, "Panatinaikos" AEK üzərində çoxdan gözlənilən qələbə qazanıb.

Bu, "Panatinaikos"un son 18 matçda AEK üzərində ilk qələbəsi idi. Daha öncə keçirilən 17 matçda AEK 10 dəfə qələbə qazanıb. 7 oyunda isə qalib müəyyənləşməyib. 

Fatih Terimin komandası AEK-dən 3 xal geri qalaraq turnir cədvəlində 3-cüdür. AEK isə PAOK-dan 1 xal geri qalaraq ikincidir. 

0