Fatih Terimin komandasında ayrılıq
15.01.2025 - 09:19
Fatih Terimin çalışdırdığı "Əl-Şabab"da ilk ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, klub Qustavo Kuellar ilə yollarını ayırıb.
"Əl-Şabab"da 1,5 il forma geyinən Qustavo komandanın heyətində 40 oyuna çıxıb. Cari mövsümdə isə cəmi 9 matçda forma geyinib.
32 yaşlı kolumbiyalı 2023-cü ilin iyul ayında "Əl-Hilal"dan "Əl-Şabab"a keçmişdi.
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
0
0