DÇ-2026-da Türkiyə millisi üçün qrupdan çıxmaq şansı ikinci turdan sonra bitib.
Apasport.az xəbər verir ki, bu, D qrupunda 2-ci oyunların nəticələrindən sonra baş verib.
Belə ki, ABŞ Avstraliyanı 2:0 məğlub edib, Türkiyə isə Paraqvaya 0:1 uduzub. Nəticədə “ay-ulduzlular” ikinci oyunların sonunda turnirlə vidalaşıb.
Buna səbəb Dünya Kubokunda xal bərabərliyi zamanı ilk növbədə komandaların öz aralarındakı oyunların nəticəsinin əsas götürülməsidir.
Bu ssenaridə Türkiyə son turda ABŞ-a qalib gəlsə belə, qrupda Avstraliya və ya Paraqvayla mümkün xal bərabərliyində şəxsi oyun nəticələrinə görə geri qalacaq.
Qeyd edək ki, Türkiyə ilk turda Avstraliyaya 0:2 hesabı ilə məğlub olmuşdu. Komanda üçüncü oyununa formal olaraq çıxacaq. Rəqib 6 xalla qrup liderliyini təmin edən ABŞ millisi olacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA