“Fənər” sabiq qolkiperini geri qaytarır - RAZILAŞMA ƏLDƏ OLUNUB
06.01.2026 - 01:05
“Fənərbaxça” klubu “Beşiktaş”ın qapıçısı Mert Günokla razılaşma əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi 36 yaşlı qolkiperlə 2,5 illik müqavilə imzalayacaq. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Qeyd edək ki, Türkiyə millisinin üzvü Mert Günok 2001–2015-ci illərdə “Fənərbaxça”da çıxış edib.
0
0