"Fənərbaxça" fransalı ulduz üçün "Bavariya" ilə təmasa keçdi
29.06.2024 - 11:44
"Fənərbaxça" fransalı ulduz üçün  "Bavariya" ilə təmasa keçdi

Super Liqa təmsilçilərindən "Fənərbaxça" "Bavariya" da forma geyinən fransız ulduz Kinqsli Komanı transfer etmək istəyir .

Apasport.az “Sky Sport”a istinadla xəbər verir ki, “Fənərbaxça” Koman üçün "Bavariya" rəsmiləri ilə əlaqə saxlayıb.

Almaniya nəhəngi futbolçunun bu yay komandadan ayrılmasına isti baxır. Lakin Joze Mourinyo 28 yaşlı ulduzu istəsə də, Koman Türkiyəyə gəlməkdə maraqlı deyil.

"Bavariya" 2015-2016 mövsümündə "Yuventus"dan 7 milyon avroya icarəyə götürdüyü Kinqsli Komanı iki mövsüm sonra 21 milyon avroya transfer haqqını alıb.

Fransız ulduz 294 dəfə geyindiyi "Bavariya" forması ilə 63 qol vurub və 66 məhsuldar ötürmə edib. Koman karyerası ərzində 29 kubok qazanıb.

0