“Fənərbaxça” futbolçusunu serblərə satdı
04.09.2024 - 09:54
Super Liqa təmsilçilərindən “Fənərbaxça”nın futbolçusu Rade Kruniç karyerasını Serbiyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi “Srvena Zvezda”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçunun keçidinin detalları açıqlanmayıb.
Kruniç 2024-cü ilin yanvarından “Fənərbaxça”da çıxış edirdi. O, Super Liqada bu mövsüm 1 oyunda meydana çıxıb.
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
0
0