Uzun müddətdir Nqolo Kantenin transferini yekunlaşdırmağa çalışan “Fənərbaxça” istəyinə nail olub.
Apasport.az xəbər verir ki, keçidin baş tutması üçün “Əl-İttihad” klubu ilə yaranan bütün problemlər aradan qaldırılıb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, 34 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula dəvət olunub.
Həmçinin razılaşmaya əsasən, Yusif En-Nesri 15 milyon avro qarşılığında “Əl-İttihad” klubuna transfer olunub.
Qeyd edək ki, "Fənərbaxça" daha əvvəl qarşı tərəfin keçid üçün tələb olunan sənədləri düzgün şəkildə təqdim etmədiyini və bu səbəbdən hər iki futbolçunun transferinin baş tutmadığını açıqlamışdı.
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- İspaniya klubunda bədbəxt hadisə - QAPIÇI xəstəxanaya yerləşdirildi