"Fənərbaxça" - "Olimpiakos" matçı Avropa mətbuatında
19.04.2024 - 12:15
"Fənərbaxça" - "Olimpiakos" matçı Avropa mətbuatında

UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində İstanbulda “Olimpiakosu” qəbul edən “Fənərbaxça” 11-ci dəqiqədə İrfan Can Kahvecinin qolu ilə önə keçərək hissəni bu hesabla tamamlayıb.

Apasport.az xəbər verir ki, matçın ikinci hissəsində qapılara qol vurulmayıb və ümumi hesab 3-3 olduğundan əlavə vaxta start verilib. İki əlavə vaxtdan sonra hesab dəyişməz qalsa da, "Olimpiakos" penaltilər seriyasında uğurlu olan tərəf olub.

Matçdan sonra Avropa mətbuatı matçla bağlı qiymətləndirmələr aparıb.

İspaniyanın "Marca" qəzeti matçla bağlı xəbərində "Penaltilər Mendilibar və Emerini yarımfinalda yenidən bir araya gətirib. Keçən il "Sevilya" ilə Avropa Liqasını qazanan Mendilibarın komandası Unai Emerinin rəhbərlik etdiyi "Aston Villa" ilə qarşılaşacaq" - yazıb.

Yunan mətbuatında FOS qəzeti matçla bağlı "Solakis 3 penalti qurtararaq "Olimpiakos"u Konfrans Liqasının yarımfinalına çıxardı" yazdı.

İspaniyanın başqa bir qəzeti "Sport" matç xəbərlərinə bu sözləri yerləşdirib: "Solakis "Olimpiakos" üçün matçda penaltilərlə qalib gəldi. Növbəti mərhələdə Mendilibar həmyerlisi Unai Emeri ilə qarşılaşacaq".

İtaliya mətbuatından "Tuttosport", "Leonardo Bonuççi üçün kabus gecəsi. Tadiç və Cengiz Ünder "Fənərbaxça"da penaltiləri qaçırdılar. "Olimpiakos"da El Ərəbi və Rodine penaltini yerinə yetirə bilmədi. Bonuççi həlledici penaltidən qaçırdı, Solakis isə "Olimpiakos"u yarımfinala çıxardı" yazdı.

"Corriere dello Sport"da çıxan xəbərlərdə bu ifadələrdən istifadə edilib: "Leonardo Bonucci Konfrans Liqasında həlledici penaltini qaçırdı".

0