"Fənərbaxça" qış transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" Dieqo Karlosla yaxından maraqlanır.
"Fənər" futbolçu üçün klubu "Aston Villa"ya rəsmi təklif göndərib.
Hələ ki, klubun müdafiəçini transfer edəcəyi, yoxsa icarəyə götürəcəyi bəlli deyil. Tərəflər danışıqları bu yöndə davam etdirir.
Daha öncə mətbuatda yayılan xəbərlərdə Karlosun "Sevilya"dan Luis Bade ilə dəyişdiriləcəyi bildirilirdi. Lakin bu barter baş tutmayacaq. Karlos böyük ehtimalla İstanbul təmsilçisinə keçəcək.
Qeyd edək ki, onun "Aston Villa" ilə müqaviləsi gələn ilin yayına qədərdir.
- “Beşiktaş”dan Salah açıqlaması: “Məsələ bizim üçün hələlik bağlanıb”
- DÇ-2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU - VİDEO
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar