"Fənərbaxça" portuqaliyalı ilə razılaşdı
11.06.2024 - 10:17
"Fənərbaxça" portuqaliyalı ilə razılaşdı

"Benfika" ilə müqaviləsi başa çatan Rafa Silva karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 31 yaşlı hücumçunun "Fənərbaxça"ya keçəcəyi gözlənilir. 

Azad agent statusunda olan təcrübəli forvardın İstanbul klubu ilə razılıq əldə etdiyi bildirilir.

Qeyd edək ki, Rafa Silva 2016-cı ilin yayından "Benfika"da çıxış edirdi. Portuqaliyalı futbolçu son mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 22 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Tanınmış oyunçunun bazar dəyəri 14 milyon avrodur.

0