"Fənərbaxça" rəhbərliyindən bənzəri görülməmiş mükafat: 5 milyon avro
23.02.2025 - 10:49
Super Liqanın XXV həftəsində "Fənərbaxça" lider "Qalatasaray"ın qonağı olacaq.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in rəhbərliyi futbolçularını motivasiya etmək üçün cəsarətli addım atıb.

"Qalatasaray" - "Fənərbaxça" derbisi üçün "sarı-lacivərdlilər"in rəhbərliyindən bənzəri görülməmiş mükafat
Belə ki, klub rəhbərliyi 3 xal qazanacaqları təqdirdə, futbolçularına 5 milyon avro bonus verəcək. Bu məbləği rəhbərlik öz cibindən qarşılayacaq.
“Fənərbaxça”lılar “RAMS Park”da qalib gəlsələr, indiyə qədər bənzəri görülməyən mükafatın sahibi olacaqlar.

"Qalatasaray" - "Fənərbaxça" derbisi nə vaxtdır?
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" derbisi fevralın 24-ü, Bakı vaxtilə saat 21:00-da start götürəcək.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0