"Fənərbaxça"dan 20 matçlıq məğlubiyyətsizlik seriyası
04.04.2024 - 11:20
"Fənərbaxça"dan 20 matçlıq məğlubiyyətsizlik seriyası

Türkiyə Superliqasının 31-ci həftəsində "Fənərbaxça" doğma meydanda "Adana Dəmirspor"la qarşılaşıb.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" Aleksander Ciku, Edin Ceko, Duşan Tadiç və Serdar Dursunun qolları ilə 4:2 qalib gələrək xallarının sayını 82-ə yüksəldib.

Sonuncu dəfə liqanın 11-ci həftəsində Trabzonspora 3-2 hesabı ilə məğlub olan "Fənərbaxça" sonradan liqada keçirdiyi 20 matçda məğlub olmayıb.

Cəmi 4 matçda (“Adana Dəmirspor”, “Qalatasaray”,“Samsunspor”, “Alanyaspor”) meydandan bərabərliklə ayrılan "Fənərbaxça" qalan bütün oyunları qalibiyyətlə tamamlayıb.

"Fənərbaxça" liqanın 32-ci həftəsində səfərdə "Fatih Karagümrük"ün qonağı olacaq.

0