"Fənərbaxça" 2024-25 mövsümündə formasını geyinmiş fransız futbolçu Allan Saint-Maximinin sosial media üzərindən səsləndirdiyi iddialara sərt reaksiya verib.
Apasport.az xəbər verir ki, klubdan verilən rəsmi açıqlamada, Saint-Maximin səhhəti ilə bağlı keçirdiyi müalicə prosesi haqqında verdiyi açıqlamaların "həqiqətləri təhrif etdiyi" və "klubun nüfuzuna zərər vurmağı hədəflədiyi" bildirilir.
"İdmançımızın yaşadığı bir sağlamlıq problemi sonrası tətbiq olunan müalicə prosesini təhrif edərək ictimaiyyətə təqdim etməsi, klubumuzun nüfuzunu sarsıtmağa yönəlmiş bir təşəbbüsdür".
Klub həmçinin bu cür iddialara hüquqi yollarla cavab veriləcəyini də açıqlayıb:
"Fənərbaxça" İdman Klubu olaraq, ictimaiyyətin yanlış yönləndirilməsinə və korporativ nüfuzumuza yönəlmiş təhrif olunmuş bəyanatlara qarşı bütün hüquqi haqlarımızı istifadə edəcəyimizi bildiririk."
Qeyd edək ki, "Fənərbaxça"nın sabiq futbolçusu Allan Saint-Maximin klubda yaşadığı qalmaqallı hadisələrlə bağlı ciddi ittihamlar səsləndirib. Fransalı futbolçu, Türkiyə təmsilçisində olarkən dopinqə məruz qalmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
- Norveçdən DÇ hazırlığı: 300 kilo balıq, 6000 portağal
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dursun Özbekden Avropa klublarına mesaj – "Osimhen satılmır"
- Messi 45 saniyəyə şou göstərdi – 911-ci qol, yeni rekord - VİDEO
- Türkiyə millisini müşayiət edən amerikalı polis qəzaya düşdü - Prezident ziyarət etdi