"Fənərbaxça"dan növbəti transfer - Rəsmi
31.01.2025 - 12:21

Super Liqa nəhənglərindən "Fənərbaxça" "Srvena Zvezda"dan Onyen Mimoviçlə razılaşıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
İstanbul klubu 20 yaşlı futbolçunun həm özü, həm də klubu ilə prinsipal razılıq əldə edib.
Serb futbolçu artıq İstanbula gəlib. "Sarı-lacivərdlilər" onun təyyarədən fotosunu paylaşıb.
Mimoviç bu mövsüm "Srvena Zvezda"nın heyətində 19 oyuna çıxıb. Cinah müdafiəçisi bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
0
0