"Fənərbaxça"nın baş katibi Burak Kızılhan "TV100" nəşrinin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, Kızılhan "Qalatasaray"ın vitse-prezidenti Metin Öztürkün açıqlamalarına sərt cavab verib:
"Metin Öztürk adlı şəxs açıqlamalarında həddini aşıb. O, "Fənərbaxça"nın adını ağzına almır, ancaq "Fənərbaxça" adı ilə kameralar qarşısında varlığını sübut etməyə çalışır. Diqqət etsəniz, "meydanda qalacağıq" deyərək başladığı söhbətlərin 80 faizi meydandan kənar mövzularla bağlıdır. Səviyyəsiz zarafatlar edərək həddini aşdı. Buradakı məqsəd bəllidir. Yanlışı ört-basdır etmək. Bu şəxs həftələrdir öz matçlarında olan qayda pozuntularını görməzdən gələrək rəqibi gündəmə gətirməyə çalışır. Bunun da tək səbəbi yanlışı ört-basdır etməkdi.
O, çıxışlarında “Konyaspor” matçına diqqət çəkərək, hakimlərə təzyiq göstərməyə çalışır. "Trabzonspor", "Beşiktaş", "Göztepe", "Başakşehir" klubları "Qalatasaray" matçlarından sonra üsyan etdi".
Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk "Başakşehir" (1:2) matçından sonra "Fənərbaxça" ilə bağlı açıqlama verib:
"İkinci yerdə olan komandanı (red. - "Fənərbaxça"nı) "ayaqda saxlamaq" üçün hakimlərin nələr edəcəklərini "Konyaspor"la matçda müşahidə edəcəyik".