"Fənərbaxça"nın futbolçusu 2 həftə forma geyinə bilməyəcək
23.01.2025 - 15:55
Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın və Türkiyə millisinin futbolçusunda zədə aşkarlanıb.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Müayinələr zamanı Mert Müldürə çiyin çıxığı diaqnozu qoyulub.
Mert Müldürün ən azı 2 həftə meydanlardan uzaq qalacağı və bu müddətdə "Lion", "Göztəpə", "Midyulland", "Rizəspor" və "Ərzurumspor" ilə matçları buraxacağı gözlənilir.
Mert bu mövsüm "Fənərbaxça"nın heyətində 28 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0