“Fənərbaxça” klubu müdafiəçisi Brayt Osayi-Samuellə razılığa gələ bilmir.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda müqaviləsi bitəcək nigeryalı müdafiəçi ilə İstanbul təmsilçisi hələ də müqavilə barəsində anlaşa bilməyiblər.
26 yaşlı oyunçunun "sarı-göylər"lə müqaviləsini yeniləməməsinin səbəbi sevgilisidir. Osayi Samuelin İngiltərədə yaşayan və işlərinə görə Türkiyəyə gəlməsi mümkün olmayan sevgilisinə daha yaxın olmaq üçün İngiltərədən təklif gözlədiyi iddia edilib.
Nigeriyalı klub rəhbərliyinə müraciətində vaxt istədiyini bildirib: "Yaxşı münasibətim var və onu itirmək istəmirəm. Sizdən anlayış və vaxt istəyirəm”.
Qeyd edək ki, Osayi-Samuel “Fənərbaxça” ilə 148 matçda 7 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.