
Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın mərkəz müdafiəçisi Leonardo Bonuççi karyerasını başa çatdırıb.
Apasport.az xəbər verir ki, italiyalı futbolçu ötən gün "Fənərbaxça"nın heyətində karyerasının son matçına çıxıb.
"Sarı-lacivərdli"lərin qışda heyətinə qatdığı italyan futbolçu "İstanbulspor"la matçdan öncə peşəkar futbol keryerasını sonlandıracağını söyləyib:
"Bu gözəl ailənin bir parçası olmaq mənim üçün xoş idi. Meydanda və meydandan kənarda özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, 37 yaşlı müdafiəçi 7 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.