"Fənərbaxça"nın Kante transferi baş tutmadı: "ƏL-İTTİHAD" SƏBƏBİNDƏN
03.02.2026 - 16:20
"Fənərbaxça"nın Kante transferi baş tutmadı: "ƏL-İTTİHAD" SƏBƏBİNDƏN

"Fənərbaxça"nın Nqolo Kante transferi baş tutmayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb "Əl-İttihad"ın məsuliyyətsizliyi olub. Belə ki, Səudiyyə Ərəbistanı təmsilçisi sənədləri yanlış yükləyib və yenidən cəhd edərkən transfer pəncərəsi bağlanıb.

"Fənərbaxça" hadisə ilə bağlı FIFA-ya müraciət edərək qurumdan əlavə müddət tələb edib.

FIFA-nın bu tələbə nə cavab verəcəyi hələ ki, bəlli deyil.

Qeyd edək ki, klublar Yussuf En-Nesiri ilə Nqolo Kanteni dəyişdirəcəkdilər.