
Daha əvvəl xəbər verdiyimiz kimi, "Fənərbaxça"nın sabiq prezidenti Ali Şen Bodrumda xəstəxanaya yerləşdirilib.
Apasport.az xəbər verir ki, sabiq prezident bu gün evə buraxılacaq.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Onun vəziyyətinin yaxşı olduğu bildirilib.
***
14:56
"Fənərbaxça"nın sabiq prezidenti xəstəxanaya yerləşdirilib.
Apasport.az xəbər verir ki, klubun keçmiş rəhbərlərindən Ali Şen Bodrumda reanimasiyaya yerləşdirilib.
Onun danışa bilmədiyi və heç kimi tanımadığı bildirilir.
Ali Şen 1981-83, 1994-98-ci illərdə kluba rəhbərlik edib. Onun dövründə "sarı-lacivərdlilər" iki dəfə çempionluq yaşayıb.