“Fənər”də ciddi itki - Əməliyyat olundu
17.02.2026 - 23:27
"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Edson Alvares sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ayağında ağrılar olan Alvares əməliyyat olunub. 28 yaşlı yarımmüdafiəçisi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Edson Alvaresi 2025-ci ilin avqustunda "Vest Hem"dən transfer edib. Meksika millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0