“Fənər”in futbolçusu 3 oyunluq CƏZALANDIRILIB
04.12.2025 - 23:35
“Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş cəzalandırılıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Türkiyə Super Liqasının XIV turunda “Qalatasaray”la keçirilən matçda rəqib komanda üzvlərinə qarşı təhqiramiz ifadələr işlətməsi səbəbindən cəza alıb.
31 yaşlı futbolçu bu gün Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurasının (PFDK) qərarı ilə 3 rəsmi oyunluq diskvalifikasiya və 120 min TL cərimə olunub.
Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0