İsmail Kartal İran klubunda
20.01.2025 - 23:49
Türkiyə Super Liqası komandalarından “Fənərbaxça”nın sabiq baş məşqçisi İsmail Kartal gələcəyi haqqında qərar verib.
Apasport.az xəbər verir ki,türkiyəli çalışdırıcı karyerasını İranda davam etdirəcək.
Təcrübəli mütəxəssis “Persapolis” komandasının təklifini qəbul edib.
Qeyd edək ki, İsmail Kartal ötən mövsüm “Fənər”lə 99 xal toplayaraq Super Liqanı 2-ci sırada tamamlayıb. Baş məşqçi 2014-15, 2022-24 illəri arasında "sarı-lacivərdlilər"ə rəhbərlik edib.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0