Ferdi Kadıoğlu Premyer Liqada ilk qolunu vurub - VİDEO
19.09.2024 - 11:19
İngiltərə Kuboku çərçivəsində keçirilən "Brayton" - "Vulverhempton" oyunu 3:2 hesabla başa çatıb.
Apasport.az xəbər verir ki, "Fənərbaxça"dan "Brayton"a transfer olunan Ferdi Kadıoğlu ilk qoluna imza atıb.
"Brayton"un "Fənərbaxça"dan 30 milyon avroya transfer etdiyi Ferdi Kadıoğlu matça ehtiyat oyunçular skamyasında başlayıb.
82-ci dəqiqədə Yankuba Minteni əvəzləyən Kadıoğlu 3 dəqiqə sonra fərqlənib. Türkiyə millisinin futbolçusu yeni komandası ilə ikinci rəsmi matçında ilk qolunu vurub.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0