DÇ-2026-nın qrup mərhələsində E qrupunun oyunlarına start verilir.
Apasport.az xəbər verir ki, turun ilk matçlarından birində Fil Dişi Sahili Ekvadorla qarşılaşacaq.
Hər iki komanda mundiala qələbə ilə başlamağı hədəfləyir.
Fil Dişi Sahili uzun fasilədən sonra dünya çempionatında uğurlu çıxış etməyə çalışacaq. Ekvador isə qrupda iddiasını ilk oyundaca göstərmək niyyətindədir.
Qarşılaşma Bakı vaxtı ilə 03:00-da start götürəcək.
Qeyd edək ki, E qrupunda Fil Dişi Sahili və Ekvadorla yanaşı, Almaniya və Kurasao milliləri də mübarizə aparır.
DÇ-2026, qrup mərhələsi, I tur
E qrupu
03:00. Fil Dişi Sahili – Ekvador