Flik ötən ayın ən yaxşısı seçilib - La Liqada
23.03.2026 - 20:40
Flik ötən ayın ən yaxşısı seçilib - La Liqada

İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu ada "Barselona"ya rəhbərlik edən Hans Flik layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Almaniyalı çalışdırıcı səsvermədə Dieqo Simeone ("Atletiko") və Luis Kastronu ("Levante") üstələməyi bacarıb.

Qeyd edək ki, "Barselona" ötən La Liqada keçirdiyi 3 oyunda da qalib gəlib.