"Qalatasaray"ın sabiq futbolçusu Pşemıslav Frankovski İstanbul klubundakı günlərini xatırlayıb.
Apasport.az xəbər verir ki, polşalı müdafiəçi bu barədə "Onet"ə açıqlamasında danışıb.
Frankovski "Qalatasaray"ın ulduzlarla zəngin heyətinin onda inanılmaz təəssürat yaratdığını bildirib:
İlk dəfə "Qalatasaray"ın paltardəyişmə otağına daxil olanda düşündüm ki, "Vay, əvvəl mən bu futbolçuları televizorda izləyirdim, indi isə eyni komandadayam". Mertensin aurası inanılmaz idi. Osimhen isə dünya səviyyəli hücumçudur, bəlkə də dünyada ilk beşlikdə yer alır".
Qeyd edək ki, Frankovski ötən mövsümün ikinci yarısını icarə əsasında "Qalatasaray"da keçirib. Daha sonra o, yenidən Fransanın "Lans" klubuna qayıdıb.
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
- "Yuventus"un yeni səfər forması – Çəhrayı rəng geri döndü - FOTO
- 41 yaşında yeni müqavilə – Modriç “Milan”da qalır