Fransa – İsrail oyununa görə 4000 polis xidmətə çağırılıb
14.11.2024 - 10:39
Fransa – İsrail oyununa görə 4000 polis xidmətə çağırılıb

Bu gün Millətlər Liqası çərçivəsində keçiriləcək Fransa – İsrail oyununa görə 4000 polis xidmətə çağırılıb.

Apasport.az xəbər verir ki, həmin polislərin 2500-ü matçın keçiriləcəyi "Fransa" stadionuna, digər 1500-ü isə Paris ətrafındakı strateji nöqtələrə göndəriləcək.

Həmçinin görüşdə 1600 mühafizəçi olacaq.

Bütün bu ciddi təhlükəsizlik tədbirləri israilli azarkeşləri və oyunçuları matç zamanı və matçdan sonra hücumlardan qorumaq üçün həyata keçirilir.

Yenə də, İsrailin Milli Təhlükəsizlik Şurası öz vətəndaşlarına oyuna gəlməməyi tövsiyə edib.

Qeyd edək ki, ötən həftə "Ayaks" – "Makkabi" (Tel-Əviv) (5:0) oyununa gələn israilli azarkeşlər matçdan sonra hücuma məruz qalıb.

0