Fransa klubunda yeni müqavilə imzalana bilər
27.04.2024 - 21:49
Fransa klubunda yeni müqavilə imzalana bilər

"Marsel" müdafiəçi Leonardo Balerdiyə yeni müqavilə təklif edib.

Apasport.az xəbər verir ki, futbolçunun klubla mümkün yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulacaq. Şayiələrə görə, argentinalı oyunçu ilə "Atletiko Madrid" də yaxından maraqlanır.

Fransa klubu, hansısa TOP klubdan təklif gələcəyi təqdirdə, futbolçusunu heyətdə saxlaya bilməyəcəyini bilir. 

Qeyd edək ki, "Marsel" Fransa Liqa 1-də 30 turdan sonra 41 xalla 8-ci pillədə qərarlaşıb.

0