"Yuventus"un yarımmüdafiəçisi Kefren Turam karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Caught Offside" məlumat yayıb.
Mersisayd təmsilçisi Türamı yayda heyətinə qatmağa çalışacaq. "Qırmızılar" 24 yaşlı oyunçu üçün İtaliya klubuna 50 milyon avro və bonuslar ödəməyə hazırdır.
Qeyd edək ki, "Yuventus" Kefren Turamı 2024-cü ilin yayında "Nitsa"dan 20 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir