Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Liverpul” heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, mersisaydlılar “Ayntraxt”ın formasını geyinən Huqo Ekitikeni transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Premyer Liqa klubu 23 yaşlı forvardla razılıq əldə edib. Komanda bu transfer üçün “Ayntraxt”a 95 milyon avro ödəməyi planlaşdırır.
Transfer baş tutarsa, fransalı hücumçu “Liverpul”la 6 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Ekitike ötən mövsüm “Ayntraxt”ın heyətində çıxdığı 48 rəsmi matçda 22 qol vurub və 12 qolun ötürməsini edib.
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı