Fransalı hücumçu “Fənərbaxça”nın radarında
29.01.2026 - 21:26
“Fənərbaxça” hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Anje” klubunun fransalı hücumçusu Sidiki Şeriflə anlaşıb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, artıq klublar arasında 19 yaşlı forvardın transferi ilə bağlı rəsmi danışıqlara start verilib.
Qeyd edək ki, Sidiki Şerif “Anje”nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qola imza atıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0