“Tottenhem”dəki çıxışı ilə tanınan qapıçı Uqo Loris karyerasını ABŞ-da davam etdirməyə qərar verib. O, “Los-Anceles” klubu ilə əməkdaşlığının müddətini uzadıb.
Apasport.az Kaliforniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilənin müddəti 2026-cı ilin sonunadək nəzərdə tutulub və anlaşmada müddətin əlavə bir mövsüm uzadılma imkanı da yer alır.
Loris ABŞ klubuna 2024-cü ilin qışında qoşulub. MLS-in cari mövsümündə “Los-Anceles” pley-offun 1/4 final mərhələsinə qədər irəliləsə də, “Vankuver”ə uduzaraq mübarizəni dayandırıb.
38 yaşlı qapıçı bu mövsüm 35 oyunda meydana çıxıb və qapısından 38 top buraxıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI