"Frayburq" yeni futbolçu transfer EDİB
04.04.2024 - 21:53
"Frayburq" yeni futbolçu transfer EDİB

"Verder"in hücumçusu Eren Dinkçi yayda "Frayburq"a keçəcək.

Apasport.az xəbər verir ki, futbolçu hazırda “Heydenhaym”da icarə əsasında çıxış edir.

Bu mövsüm o, bütün turnirlərdə 27 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. 

"Frayburq" hazırda Bundesliqada 27 turdan sonra 36 xalla 8-ci pillədə qərarlaşıb.

0