Frenki de Yonq "Çelsi" yolunda
08.02.2024 - 14:32
Frenki de Yonq "Çelsi" yolunda

"Çelsi" "Barselona"nın ulduzu Frenki de Yonq üçün Mixail Mudriki Kataloniya klubuna verməyə hazırdır.

Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb. 

26 yaşlı hollandiyalının transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir. Londonlular sövdələşməyə ukraynalı futbolçu Mudriki də daxil etməklə bu məbləği azaltmaq istəyirlər. "Çelsi" və "Barselona" arasında müqavilə yayda yekunlaşa bilər.

Qeyd edək ki, bu mövsüm de Yonq La Liqada 15 oyun keçirib və 1 qol vurub.

0