“Brest”in baş məşqçisi Erik Roy dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, fransalı mütəxəssis 58 yaşında vəfat edib.
Onun ölüm xəbərini ailəsi sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.
Fransa mətbuatının məlumatına görə, Erik Roy bir müddət idi xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Qeyd edək ki, Erik Roy 2023-cü ilin yanvarından “Brest”i çalışdırırdı.
Fransalı mütəxəssis qısa müddətdə komandanın tarixində ən uğurlu nəticələrdən birinə imza ataraq klubu Çempionlar Liqasına daşımışdı.
O, futbolçu kimi “Nitsa”, “Lion”, “Marsel”, “Sanderlend” və “Rayo Valyekano”nun formasını geyinib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq