Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
25.09.2026 - 19:28
Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq

“Fənərbaxça”nın futbolçusu Matteo Genduzi UEFA İntizam Komitəsinin qərarına etdiyi apellyasiyadan sonra cəzasını azaldıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin etirazı təmin olunub.

Fransalı yarımmüdafiəçinin 4 oyunluq cəzası 3 matça endirilib.

Bu cəzanın 2 oyunu 1 illik sınaq müddəti olmaqla təxirə salınıb.

Sentyabrın 10-da “Roma” ilə görüşü cəza səbəbindən buraxan Genduzi oktyabrın 14-də “Aston Villa”ya qarşı keçiriləcək matçda iştirak edə biləcək.