Gürcüstanlı futbolçu “Sevilya”da - RƏSMİ
22.08.2026 - 11:33
"Sevilya" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi "Sportinq"dən Giorgi Koçoraşvilini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əndəlüs təmsilçisi gürcüstanlı yarımmüdafiəçi üçün 4 milyon avro ödəyib. 27 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
0
0