Hakan Çalhanoğlu Çempionlar Liqasında bir ilkə imza atıb
01.06.2025 - 23:23
UEFA Çempionlar Liqasının finalında İtaliya təmsilçisi “İnter”lə Fransanın PSJ komandası üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, PSJ 5:0 hesabı ilə qələbə qazanaraq ilk dəfə kuboku başı üzərinə qaldırmağa müvəffəq olub.
İtaliya klubunda çıxış edən Hakan Çalhanoğlu final matçında ilk 11-də meydana çıxıb. Türkiyə yığmasının üzvü Çempionlar Liqasının finalında 2 dəfə çıxış edən ilk milli futbolçu olub.
Milli futbolçu daha əvvəl 2022-2023-cü illərdə Çempionlar Liqasının finalında "İnter" forması ilə meydana çıxsa da, komandası finalda "Mançester Siti"yə məğlub olub.
- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
- “Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü
0
0