Hakimə yumruq vuran klub prezidentinə həbs verildi
11.11.2024 - 11:52
Hakimə yumruq vuran klub prezidentinə həbs verildi

Türkiyə Birinci Liqa klublarından "Ankaragücü"nün sabiq prezidenti Faruk Koca barəsində həbs qərarı verilib. 

Apasport.az xəbər verir ki, hakim Halil Umut Melərə yumruqla hücum edən sabiq prezident "qəsdən xəsarət yetirmək" maddəsi ilə 3 il 7 ay 22 gün həbs cəzası alıb.

Qeyd edək ki, o, ötən mövsüm Türkiyə Super Liqası çərçivəsində keçirilən "Ankaragücü" - "Rizespor" matçından sonra hakim Halil Umut Melərə yumruqla hücum etmişdi. Hadisələrdən sonra Koca prezident postundan istefa vermişdi.

0